07 
Sen
2023
14:36
670

Gürcüstanda yaxın günlərdə hava şəraiti kəskin şəkildə dəyişəcək - PROQNOZ

Gürcüstanda yaxın günlərdə hava şəraiti kəskinləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 7-də günün ikinci yarısından başlayaraq Acariya, Raça-Leçxumi, Quriya, İmereti, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti və Kaxeti rayonlarında güclü yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Sentyabrın 8-də yağıntının intensivliyi gün ərzində nisbətən zəif olacaq. Sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında güclü yağıntının olacağı, şimşək çaxacağı və dolunun davam edəcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək. Dənizdə 3-4 ballıq fırtına dalğası gözlənilir.

Sentyabrın 9-dan havanın temperaturunun xeyli aşağı düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Gürcüstan çaylarında gözlənilən güclü yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
 

Bizimlə əlaqə saxlayın