08 
Sen
2023
12:40
382

DİN - Quriyada sel nəticəsində itkin düşən azyaşlının cəsədi tapılıb

Quriyanın Cumati kəndində gecə saatlarında baş verən sel nəticəsində itkin düşən 3 nəfərdən bir azyaşlının cəsədi tapılıb. İtkin düşən 2 nəfərin axtarışları davam etdirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumt verilib.

Məlumata görə, Quriya bölgəsində yağan güclü leysan nəticəsində çaylar məcrasından çıxıb, torpaq sürüşmələri baş verib, yaşayış evləri, körpülər və kəndləri birləşdirən yollara ciddi zərər dəyib.

Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri təbii fəlakət baş verən ərazilərdədir, müvafiq texnikalar səfərbər olunub və aktiv iş rejimində işlər aparılır.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 112-ci İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi Quriya vilayətinin ətraf ərazilərində vətəndaşlara xəbərdarlıq mesajları göndərir.


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər