Marneulinin Təkəli kəndində gərgin anlar yaşanıb - VİDEO
Təkəli kəndində gərgin anlar yaşanıb.
InterPress.ge-yə kənd sakinlərinin verdiyi məlumata görə, Təkəli kəndində işıqlar sönüb, daha sonra naməlum şəxslər kütləvi halda kəndə basqın edib.
Sakinlər bildirir ki, kənd sakinləri həmin şəxləri kəndin "cala" deyilən yerinədək qovublar, sonra naməlum şəxslər qarğıdalı bağına gizləniblər, kənd sakinləri onlar mühasirəyə alsalar da, onların üstünə silah və ya başqa birşeylə atəş açılıb.
Kəndlilər hadisə yerinə polisin gec gəldiyini və polis gələnə kimi onların qaçdığını qeyd edirlər.
Qeyd edək ki, bu günə kimi evlərə basqın və evlərin daşlanması kürüstü kəndlərindən başlayıb və ətraf kəndlərdə də qeydə alınmağa davam edir. Bu hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur.


