08 
Sen
2023
15:14
396

Ozurgetidə, təbii fəlakət bölgəsində 80 yaşlı qadının cəsədi tapılıb

Ozurgeti Bələdiyyəsində davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində 80 yaşlı qadının cəsədi tapılıb.

InterPress.ge xəbər verir ki, yerli əhalinin verdiyi məlumata görə, ötən gecə baş verən sürüşmə nəticəsində Silauri kəndində yaşlı qadının evi tamamilə dağılıb.

 Qeyd edək ki, fəlakət zamanı qadın evdə tək olub.

Məlumat üçün bildirək ki, ötən gecə yağan güclü yağış nəticəsində Quriyada problemlər yaranıb, infrastruktura zərər dəyib.

Axtarılan üç nəfərdən ikisi artıq tapılıb. Bir yeniyetmə isə hələ də axtarılır.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər