11 
Sen
2023
15:00
375

Baş nazir: "Bu gündən Çin vətəndaşları üçün vizasız rejim tətbiq olunacaq"

"Bu gündən Çin vətəndaşları üçün vizasız rejim tətbiq olunacaq".

InterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili hökumət iclasından əvvəl açıqlayıb.

Onun sözlərinə görə, bu barədə o, artıq Çinin baş naziri ilə danışıb və birbaşa uçuşların əlavə ediləcəyi gözlənilir.

"Biz Çin vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə bağlı qərar qəbul etmişik. Müvafiq fərman verəcəyik. Təbii ki, Gürcüstana daha çox turistin gəlməsi vacib və həvəsləndirici olacaq.

Demək istəyirəm ki, çinli turistlər dünyanın ən arzuolunan turistlərindən biri hesab olunurlar. Avropanın, Amerikanın hər yerində. Birbaşa reyslərimiz də var, Çinin baş naziri ilə turizm və uçuşlarla bağlı söhbətim olub”, - deyə baş nazir bildirib.

Ğaribaşvilinin sözlərinə görə, bu, onun Çinə uğurlu səfərinin nəticələrindən biridir.
 

Bizimlə əlaqə saxlayın