18 
Sen
2023
14:50
532

Gürcüstanda neçə nəfərin pensiya krediti götürdüyü açıqlandı

Gürcüstanda 360 min pensiyaçı və sosial müavinət alan şəxs pensiya krediti götürüb.

InterPress.ge xəbər verir ki, bu, “Liberty Bank”ın Milli Banka təqdim etdiyi hesabatdan aydın görünür.

Bu, müxtəlif sosial müavinətlər alan əhalinin ⅓ hissəsindən çoxdur. 

İkinci rübdə pensiya kreditlərinin ümumi portfeli 18 milyon lari artaraq 402 milyon lariyə çatıb. Bu, Liberty Bank-ın 2,6 milyard larilik kredit portfelinin 15,5%-ni təşkil edir.

Maliyyə hesabatından aydın olur ki, bir pensiya kreditinin orta ölçüsü 1118 lari təşkil edir.

Bundan başqa, II rüb ərzində verilmiş pensiya kreditlərinin orta çəkili nominal faiz dərəcəsi 29,7% təşkil edib. Statistik məlumatlardan aydın olur ki, bu kreditlərin orta effektiv dərəcəsi əvvəlki illə müqayisədə 5,5 faiz bəndi azalıb. 

Məlumat üçün bildirək ki, 2022-ci ilin mayında “Liberty Bank” növbəti dəfə dövlətin elan etdiyi tenderin qalibi olub və növbəti 7 il üçün pensiyaların verilməsi hüququnu əldə edib. Bu xidmətdə bank hər il dövlətdən 15 milyon lari və ya ümumilikdə 105 milyon lari alacaq.

Göstərici həm yaşa görə pensiyaçıların, həm də sosial pensiya alanların göstəricisini əhatə edir.

Bizimlə əlaqə saxlayın