18 
Sen
2023
21:07
307

Milli Məclisdə kənd təsərrüfatı torpaqları ilə bağlı “Amnistiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisdə kənd təsərrüfatı torpaqları ilə bağlı “Amnistiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, 2023-cü il sentyabrın 1-dək cinayət yolu ilə dövlət kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququnu əldə etmiş şəxslər cinayət məsuliyyətindən, şərti cəzadan, cəzadan və icrası mümkün olmayan cərimədən azad olunacaqlar.

Milli Məclisin Büro iclasında “Amnistiya” layihəsinə start verilib.

Layihəyə əsasən, amnistiya yalnız 2024-cü il sentyabrın 1-dək cinayət törətməsi nəticəsində dövlətə dəymiş zərəri tam ödəyən şəxsə şamil ediləcək. Dövlətə dəymiş ziyanın ödənilməsi cinayət yolu ilə əldə edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər hansı qanuni yüklənmədən azad vəziyyətdə dövlətə mülkiyyət hüququndan imtina etməklə, bu mümkün olmadıqda isə torpaq sahəsinin dəyərinin ödənilməsi yolu ilə həyata keçirilməlidir. 
Həmin layihəyə əsasən, torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildikdə, torpaq sahəsinin hər hansı hüquqi yükdən azad qalan hissəsinə görə mülkiyyət hüququndan dövlətə imtina edilməklə və özgəninkiləşdirilən hissənin dəyəri ödənilməklə vurulmuş ziyan ödənilməlidir. 
Prosedura gəlincə, qanun layihəsinə əsasən, hər hansı hüquqi yüklü olmayan dövlətdə torpaq sahəsi üzərində mülkiyyət hüququndan qanunvericiliklə müəyyən edilmiş qaydada imtina etmək üçün şəxs müvafiq ərizə ilə Milli Dövlət Reyestri Agentliyinə müraciət etməlidir. 

Bizimlə əlaqə saxlayın