30 
Iyl
2020
11:30
757

Bu gün Gürcüstanda koronavirusa son yoluxmalar haqda açıqlama verildi

"Gürcüstanda aşkar edilən beş yeni koronavirus yoluxmasından üçü xaricdən idxal edilib, ikisinin mənbəsini və əlaqələrini tapmaq üçün epidemioloji araşdırma aparılır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaia bildirib.

"Dünənki məlumatlara görə, ölkədə 1155 təsdiqlənmiş yoluxma var idi. Bu gün beş yeni yoluxma aşkarlandı və ümumi təsdiqlənmiş yoluxmaların sayı 1160-a çatdı. Sağalmaların sayına gəldikdə isə bu gün altı yeni sağalma qeydə alındı və umumi sağalanların sayı 935-ə çatdı.

Beş yeni xəstənin üçü xaricdən idxal edilən haldır, bunlardan ikisi yük maşını sürücüsüdür. Kontakt tapmaq və mənbəyi müəyyənləşdirmək baxımından iki yoluxma üzərində epidemioloji tədqiqat aparılır", - Ezugbaia dedi.

O, eyni zamanda qeyd etdi ki, hazırda Gürcüstan üzrə 246 nəfər aktiv koronavirus daşıyıcısı xəstəxanalarda müalicə olunur.

Bizimlə əlaqə saxlayın