Əmək qabiliyyətli kişi üçün yaşayış minimumu neçə lari təşkil edir?
2023-cü ilin avqustunda iyul ayı ilə müqayisədə Gürcüstanda yaşayış minimumunun məbləği artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.
Sakstat-ın məlumatına görə, bu ilin iyul ayında əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 249,8 lari, avqustda isə bu rəqəm 3 lari və 70 tetri artaraq 253,5 lari təşkil edib.
Bundan əlavə, 2023-cü ilin iyul ayı ilə müqayisədə avqust ayında orta istehlakçının yaşayış minimumu üç lari və 20 tetri artaraq 224,5 lari təşkil edib.
Sakstat-ın bildirdiyinə görə, bu göstərici heç bir planlaşdırma və ya qərar qəbul etmə prosesində istifadə edilmir. Yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir və minimum ərzaq səbətində əmək qabiliyyətli yaşda olan kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarı öz əksini tapır.
Yaşayış ərzaq səbəti 40 məhsuldan ibarətdir. Bunlar: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatlarıdır.