25 
Sen
2023
19:53
615

Sərxoş vəziyyətdə avtomobil idarə edərkən iki patrul əməkdaşının ölümünə səbəb olan şəxsə hökm oxunub

Sərxoş vəziyyətdə avtomobil idarə edərkən iki patrul əməkdaşının ölümünə səbəb olan şəxs barəsində Gürcüstan Prokurorluğu məlumat yayıb.

InterPress.ge xəbər verir ki, Xaşuri rayon məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə bölüşüb və təqsirləndirilən şəxsi sərxoş vəziyyətdə törətmiş avtomobil qəzası nəticəsində iki patrul müfəttişinin ölümündə təqsirli bilib.

Məhkəməyə təqdim edilən sübutlarla məlum olub ki, təqsirləndirilən şəxs mayın 17-də Kareli bələdiyyəsinin Bebnis kəndi yaxınlığında sərxoş vəziyyətdə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozub, avtomobilin təhlükəsiz idarə edilməsini təmin etməyib və yolun kənarında dayanmış polis patrul maşını ilə toqquşub, nəticədə avtomobildə olan iki nəfər patrul inspektorunun ölməsinə səbəb olub. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerində yaxalayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 9-cu hissəsi ilə ittiham olunub.

Xaşuri rayon məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və 11 il müddətinə azadlıqdan məhrum edib.

 

Bizimlə əlaqə saxlayın