25 
Sen
2023
21:54
764

Bu cərimələrin sərtləşdirilməsi gözlənilir

“İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, akustik səs-küyün yol verilən normalarını aşmağa görə cərimələr sərtləşdiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən qanun layihəsinə Regional siyasət və özünüidarə komitəsində birinci oxunuşda baxılıb.

Qanun layihəsinin təşəbbüskarlarından olan Beka Davitulianinin sözlərinə görə, yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda və ya ictimai/dövlət qurumunun binasında akustik səs-küyün yol verilən normalarının aşılması fiziki şəxs üçün ilk növbədə 150 lari cərimə ilə nəticələnəcək, hüquqi şəxs və fərdi sahibkar 1500 lari məbləğində cərimə ediləcək. Təkrar edildiyi halda cərimənin məbləği fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər və fərdi sahibkarlar üçün 5000 lari məbləğində müəyyən edilib.

Komitənin sədri Kaxa Kaxişvilinin sözlərinə görə, maliyyə sanksiyalarının tətbiqi ilə yanaşı, icra hissəsinə də diqqət yetirilməli və lazım gələrsə, bununla bağlı qanunvericilik təkmilləşdirilməlidir.

 

Bizimlə əlaqə saxlayın