08 
Nybr
2023
11:39
303

Avropa Komissiyasının Aİ-nin genişlənməsinə dair illik hesabatı bu gün dərc olunacaq

Avropa Komissiyasının Aİ-nin genişlənməsinə dair illik hesabatı bu gün dərc olunacaq.

InterPress.ge xəbər verir ki, hesabatda Avropa Komissiyasının müəyyən etdiyi 12 prioritetin Gürcüstan tərəfindən yerinə yetirilməsi də daxil olmaqla, bloka üzv olmaq istəyən ölkələrin əldə etdiyi irəliləyiş qiymətləndiriləcək.

Bu gün Tbilisi vaxtı ilə saat 15:00-da Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varheyin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, hazırda 10 ölkə bloka qoşulmağa çalışır. Bu ölkələr: Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bosniya-Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya, Serbiya və Türkiyə. Aİ-yə namizəd statusu 8 ölkəyə verilib: Ukrayna, Moldova, Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və Türkiyə.

Avropa Komissiyasının tövsiyəsi əsasında Aİ liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə ölkəyə namizəd statusunun verilib-verilməməsi ilə bağlı qərar verəcəklər.

 

Bizimlə əlaqə saxlayın