"Mamedi" qazpaylayıcı şirkət 150 000 lari məbləğində cərimələnib
Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEC) lisenziya şərtlərini pozduğuna görə “Mamedi” MMC qazpaylayıcı şirkəti dövlət büdcəsinin xeyrinə 150 000 lari məbləğində cərimələyib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası məlumat verib.
Məlumata görə, cəriməyə səbəb məişət istehlakçısına uyğun olmayan qəbz təqdim edilməsi və təbii qaz haqqının komissiya tərəfindən müəyyən edilmiş istehlak tarifindən yüksək qiymətə satılmasıdır.
SEMEC tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, “Mamedi” MMC özbaşına olaraq müştəridən komissiyasının müəyyən etdiyi tarifdən yüksək tarif tələb edir. Bununla əlaqədar şirkət cərimələnərək, artıq hesablanmış məbləğlərin müştəriyə qaytarılması barədə göstəriş verilib. Bununla belə, “Mamedi” MMC məişət istehlakçılarına təbii qazı istehlak tarifindən yüksək qiymətə satmaqda davam edib.
SEMEC-in qərarına əməl edilmədiyi təqdirdə şirkətə qanunla müəyyən edilmiş müvafiq cəza tədbirləri tətbiq olunacaq.


