08 
Nybr
2023
15:31
299

Avropa Komissiyası Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması üzrə danışıqlara başlanılmasını tövsiyə edir

Avropa Komissiyası Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması üzrə danışıqlara başlanılmasını tövsiyə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

 “On il əvvəl Maydanda etirazlar başladı, insanlar öldürüldü, əllərində Aİ bayrağı tutduqları üçün atəş açdılar və on il sonra bu, tarixi bir gün olacaq, çünki Komissiya Şuraya danışıqlara başlamağı tövsiyə edəcək. Bosniya-Herseqovina da müzakirə olunub. Üzvlük meyarlarına cavab verən kimi əlavə addımlar atılacaq", - Leyen bildirib.

Xatırladırıq ki, Gürcüstan, Ukrayna və Moldova 2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət etmişdilər. Ukrayna və Moldova namizəd statusu, Gürcüstan isə Avropa perspektivi alıb. Status əldə etmək üçün ölkəyə 12 tövsiyənin yerinə yetirilməsi tapşırılıb.

Bizimlə əlaqə saxlayın