İsrail Qəzza zolağında hərbi əməliyyatlara gündəlik 4 saatlıq fasilə verəcək
İsrail Qəzza zolağının şimalında hərbi əməliyyatlara gündəlik 4 saatlıq fasilə verəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, İsrail fasilələri üç saat əvvəl elan edəcək.
“
İsrail tərəfi bizə bildirib ki, fasilələr zamanı bu ərazilərdə hərbi əməliyyatlar aparılmayacaq və bu proses bu gün başlayır”, - Kirbi bildirib.
Kirbi sözügedən qərarı alqışlayıb və qeyd edib ki, fasilələr doğru istiqamətdə atılan addımlardır.
Onun sözlərinə görə, bu, döyüşlərdən qaçan mülki əhaliyə “bir neçə saat nəfəs almaq imkanı” verəcək.
“Biz İsraili mülki itkiləri minimuma endirməyə və bu sayını azaltmaq üçün mümkün olan hər şeyi etməyə çağırdıq”, - Kirbi bildirib.


