10 
Nybr
2023
11:42
421

Reuters - Rusiya gələn həftədən yanacağın ixracına tətbiq etdiyi məhdudiyyəti aradan qaldıracaq

Rusiya hökuməti yanacaq istehsalçılarına dizel və benzinin ixracına qoyulan bütün qalan məhdudiyyətlərin aradan qaldırılmasına hazırlaşmasını tapşırıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” yazıb.

"İstehsalçılara ixracın gələn həftədən bərpa olunacağını söylədilər" - deyə mənbə söyləyib.

Başqa bir mənbə Reuters-ə qadağanın gələn həftə qaldırılacağını bildirib.

“Bizə söz verdilər ki, gələn həftə ixrac qadağasını aradan qaldıracaqlar. Bu vədlə əlaqədar olaraq biz ixrac qrafiki və dəqiqləşdirmə planı qurmuşuq”, - mənbə agentliklə söhbətində bildirib.

Rusiya yüksək daxili qiymətləri və qıtlığı aradan qaldırmaq üçün sentyabrın 21-də yanacaq ixracına qadağa qoyub. Hökumət oktyabrın 6-da məhdudiyyətləri yüngülləşdirərək, dizel yanacağının boru kəməri ilə ixracına icazə verib, lakin benzin ixracına məhdudiyyətləri qüvvədə saxlayıb. Benzinin yük maşınları və dəmir yolu ilə xaricə aparılması da qadağandır.

Bizimlə əlaqə saxlayın