22 
Nybr
2023
22:36
251

Con Kirbi: “ Həmasın saxladığı 50 girovun azad edilməzi ilə bağlı razılaşma əldə olunub”

Əldə edilən razılaşmaya əsasən, “Həmas” girov götürülən 50 uşaq və qadını azad edəcək.
 

InterPress.ge xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Ağ Evin yaydığı videoda bildirib.

“Prezident Baydenin şəxsi rəhbərliyi və iştirakı sayəsində İsrail və HƏMAS arasında HƏMAS-ın saxladığı 50 girovu – qadın və uşaqları azad etmək barədə razılıq əldə olundu...
Sabahdan onların ailələrinə necə qovuşacağını görəcəyik.
Bu razılaşma həm də döyüşlərdə təxminən dörd gün, bəlkə də daha uzun müddətə fasilə verməyə imkan verəcək, görəcəyik; Həm də çox ehtiyac duyulan humanitar yardımın - qida, su, dərman və yanacaq kimi Qəzza əhalisinə çatması...
Bütün girovlar ailələrinə qaytarılmayana qədər dincəlməyəcəyik. Deməli, hələ görüləsi çox iş var, amma bu gün yaxşı gündür”, - Kirbi bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ İsraili HƏMAS-ı məğlub etmək üçün alət və imkanlara malik olmasını təmin etmək üçün dəstəyi davam etdirəcək.

Bizimlə əlaqə saxlayın