25 
Nybr
2023
08:14
784

Məktəb bufetlərində bu məhsulları satmaq qadağan edilir

Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə sahə nazirliklərinin, maraqlı təşkilatların və valideynlərin fəal iştirakı ilə “Ümumi təhsil müəssisələrində iaşə obyektlərinin fəaliyyəti üçün müəyyən edilmiş minimum tələblər” təsdiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, sənəddə məktəbin iaşə obyektinin fəaliyyəti üçün sağlam qidalanma vərdişləri ilə bağlı tövsiyələr - qadağan olunmuş hazır qida məhsulları və inqrediyentləri, məktəbin iaşə müəssisələrində çalışan işçilərin şəxsi gigiyena tələbləri öz əksini tapıb.

Aidiyyəti dövlət qurumları ilə yanaşı, məktəbin iaşə obyektinə gündəlik olaraq ibtidai və/və ya orta sinif şagirdlərindən, məktəb şagirdlərinin valideynlərindən, müəllimlərdən (biologiya üzrə üstünlük verilir), məktəb həkimi/tibb bacısı, məktəb rəhbərliyi nümayəndələrindən ibarət məktəb monitorinq qrupu nəzarət edəcək. 

Məktəb monitorinq qrupuna bələdiyyə səhiyyə mərkəzinin və sosial xidmət orqanlarının nümayəndələrini daxil etmək səlahiyyətinə malikdir.

Təhsil Nazirliyinin məlumatına görə, şagirdlərdə sağlam qidalanma vərdişlərinin inkişafı üçün məktəb bufetində aşağıdakı məhsulların istifadəsi qadağandır:

a) saqqız, konfet, şokolad, ətirli qəlyanaltılar (məsələn: cips, jelibon və s.);

 b) duz, şəkər və ya yağla emal edilmiş qoz-fındıq, meyvə və tərəvəzlər;

 c) mayonez və mayonezlə qarışdırılmış məhsullar;

d) konservləşdirilmiş məhsullar;

 e) termal hazırlanmamış yumurta;

 f) istənilən formada göbələklər;

 g) kremli qənnadı məmulatları;

 h) şirin qazlı içkilər;

 i) qəhvə.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər