Ğaribaşvili Ermənistan Respublikası Baş naziri aparatının rəhbəri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş nazirinin aparatının rəhbəri Arayik Harutiunyanla görüşüb.
InterPress.ge xəbər verir ki, məlumatı hökumət adminstrasiyası yayıb.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd olunub ki, strateji məsələlər üzrə yüksək səviyyəli dialoq təkcə Gürcüstan və Ermənistanın deyil, bütün regionun xeyrinə olacaq.
Regionda sülhün və sabitliyin dəstəklənməsinin zəruriliyindən danışan Baş nazir Gürcüstanın regionda sülhün və sabitliyin bərpasına yönəlmiş istənilən konstruktiv prosesi dəstəkləməyə açıq olduğunu vurğulayıb.
Hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət yetirilib.


