İsveçrə Rusiya vətəndaşlarına məxsus 8,81 milyard dollarlıq maliyyə aktivlərini dondurub
İsveçrə Rusiya vətəndaşlarına məxsus maliyyə aktivlərini dondurub. Dondurulmuş aktivlərin ümumi məbləği 8,81 milyard dollardır.
InterPress.ge xəbər verir ki, Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, sözügedən addım İsveçrə tərəfindən Rusiyanı Ukraynaya qarşı müharibəyə görə cəzalandırmağa xidmət edən sanksiyalar çərçivəsində atılıb.
Rusiyaya qarşı sanksiyalara nəzarət edən İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bildirib ki, məbləğ ilkin hesablamadır və dəyişə bilər.
Katiblik qeyd edib ki, sanksiyalar siyahısına yeni şəxslərin əlavə edilməsi və ya çıxarılması səbəbindən dəqiq rəqəmi müəyyən etmək çətin olub.
Onların izahatına görə, daha dəqiq rəqəm gələn ilin ikinci rübündə, İsveçrə banklarının hökumətə hesabat təqdim edəcəyi zaman gözlənilir.
Qeyd edək ki, Rəsmi Bern Rusiya Mərkəzi Bankına məxsus 7,4 milyard frank valyuta aktivlərini də dondurub.


