07 
Dek
2023
14:09
517

Oktyabr ayında tikinti sahəsində çalışan şəxslərin əməkhaqqı azalıb

Tikinti səhəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 4,5% azalıb.

InterPress.ge xəbər verir ki, bu, Sakstat-ın bu gün açıqladığı tikinti indeksinin oktyabr ayı üzrə məlumatlarında öz əksini tapıb.

Məhz işçilərin orta əməkhaqqının azalması ümumi indeksdəki dəyişikliyə -1,17 faiz bənd təsir edib və 2023-cü ilin oktyabr ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 0,2% azalıb.

2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 12,4% artıb.

Sakstat-ın məlumatına görə, indeksin artmasına daha çox tikinti səhəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 26,2% və tikinti materiallarının qiymətlərinin 7,4% artması səbəb olub ki, bu da müvafiq olaraq indeks dəyişikliyinə 5,91 və 4,19% təsir edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər