08 
Dek
2023
13:19
394

Cozef Borrel: “Aİ Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı mühüm siyasi addım kimi qiymətləndirir.

InterPress.ge xəbər verir ki, Aİ-nin ali nümayəndəsi  iki dövlətin birgə bəyanatını alqışladığını bildirib.

“Aİ Ermənistan və Azərbaycanın məhbusların qarşılıqlı azadlığa buraxılması və digər etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı birgə bəyanatını alqışlayır ki, bu da mühüm siyasi addımdır. Biz razıyıq - regionda sülhə nail olmaq üçün tarixi şans var və biz bu səyləri dəstəkləməyə hazırıq”, - Borel bildirib.

Xatırladaq ki, dünən məlum olub ki, Ermənistan və Azərbaycan əsirlərin mübadiləsi və münasibətlərin daha da normallaşdırılması barədə razılığa gəliblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər