09 
Dek
2023
08:32
360

Avropa Komissiyası Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq

Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.

InterPress.ge-nin məlumatına görə, bu barədə Komissiyanın saytında dərc olunan məlumatda deyilir.

“Yaxın Şərqdə humanitar vəziyyət pisləşməkdə davam etdiyi üçün Avropa Komissiyası 2024-cü ildə Fələstin xalqına humanitar yardım üçün 125 milyon avro ayıracaq”, - məlumatda bildirilir.

Qeyd olunur ki, maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.

Bundan əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclasında Qəzza zolağında humanitar yardımın uğurla çatdırılması üçün heç bir şəraitin olmadığını bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər