Almaniya səfiri: "Biz istəyirik ki, gələn həftə Gürcüstan namizəd statusu alsın"
"Bizim gözləntimiz müsbət və ümidvericidir, Almaniya Gürcüstanın gələn həftə namizəd statusu almasını, eləcə də Gürcüstanın Avropa İttifaqına üzv olmasını istəyir".
InterPress.ge xəbər verir ki, bunu Almaniya səfiri Ernst Peter Fişer bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının genişlənməsi dünyada mövcud vəziyyətə cavabdır.
"5 gündən sonra Avropa Şurası Avropa dövlət və hökumət başçıları ilə görüşəcək və onlar Gürcüstanla bağlı qərar qəbul edəcəklər. Bu məsələ artıq gündəmdədir. Gələn həftə Avropa Şurası çətin və riskli geosiyasi vəziyyətdə qərarlar qəbul edə və hərəkət edə biləcəyimizi göstərməlidir. Genişlənmə dünyada mövcud vəziyyətə cavabdır. Biz istəyirik ki, Gürcüstan gələn həftə namizəd statusunu alsın”, - Fişer bildirib.


