13 
Dek
2023
09:05
301

Avropa komissarı: "Gürcüstan islahatları yerinə yetirdi, onlara namizəd statusu verilməlidir"

"Gürcüstan və hökuməti islahatları yerinə yetirdi, onlara namizəd statusu verilməlidir".

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhey Avropa İttifaqının Ümumi İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu, [Aİ üzv dövlətləri] liderlərin özləri tərəfindən verilməli olan strateji bir qərardır. Düşünürəm ki, bizim təkliflərimiz çox aydındır. Biz hesab edirik ki, Gürcüstan uzun yol keçib, Gürcüstan, onun hökuməti islahatları yerinə yetirib. Ona görə də onlara namizəd statusu verilməlidir.

Avropa Şurası bunu edəcəkmi - biz görəcəyik. Gürcüstan hökumətinə və gürcü xalqına mesajım “işləməyə davam edin”. Bu uğurun ən yaxşı reseptidir”, - Varhey bildirib.

Bizimlə əlaqə saxlayın