18 
Dek
2023
22:04
260

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edib

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borrel bildirib.

Borrelin sözlərinə görə, sanksiyaların 12-ci paketinə Rusiyanın fiziki şəxsləri və şirkətlərinin əlavə siyahısı,  həmçinin, yeni idxal və ixrac qadağaları, o cümlədən Rusiya almazlarının Avropaya ixracı daxildir.

“Bu 12-ci paketlə biz Rusiyanın döyüş maşınını daha da zəiflədəcək güclü yeni sanksiyalar və iqtisadi tədbirlər toplusunu təqdim edirik. Bizim mesajımız aydındır, mən Kiyevdə qeyri-rəsmi Xarici Əlaqələr Şurasına sədrlik edərkən artıq bəyan etdiyim kimi: biz Ukraynaya sadiqliyimizi qətiyyətlə saxlayırıq və onun azadlıq və suverenlik uğrunda mübarizəsində onu dəstəkləməyə davam edirik”, - Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Cozef Borrel  bildirib. 

Tətbiq olunan sanksiyalara əsasən, 140-dan çox fiziki və hüquqi şəxsin aktivləri dondurulur. Bu, Rusiya hərbi və müdafiə sektorunda, hərbi sənaye şirkətlərində və özəl hərbi şirkətlərdə çalışan şəxslərə aiddir.
Avropa İttifaqı Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər qoyur. 2024-cü il yanvarın 1-dən G7-yə üzv ölkələr Rusiyadan ixrac edilən brilyantlara birbaşa qadağa tətbiq edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər