Türkiyə Prezidenti: “Netanyahu və Hitlerin hərəkətləri arasında bariz paralellik var“
"Benyamin Netanyahu ilə Adolf Hitlerin hərəkətləri arasında heç bir fərq yoxdur"
InterPress.ge xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"İsrailin baş naziri Netanyahunun hərəkətləri ilə Hitlerin Qəzzadakı hərəkətləri arasında aydın paralellik var", - Ərdoğan bildirib.
Türkiyə prezidenti ictimaiyyət qarşısında çıxışında BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqını tənqid edərək bildirib ki," İsrailin vəhşiliklərinə son qoyulması lazım olanda onlar susurlar".
Qeyd edək ki, İsrail və Türkiyə arasında münasibətlər HƏMAS-ın 7 oktyabr hücumundan sonra pisləşib. Rəcəb Tayyib Ərdoğan İsraili hərbi cinayətlər törətməkdə ittiham etdikdən sonra İsrail Türkiyədən diplomatlarını geri çağırıb.


