29 
Dek
2023
23:54
321

Rusiyanın Ukraynaya kütləvi raket hücumları nəticəsində 31 nəfər ölüb, 120 nəfər yaralanıb

Rusiyanın bugünkü kütləvi raket hücumları nəticəsində Ukraynada ölənlərin sayı 31-ə çatıb, 120 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat dərc edib.

Nəşrin məlumatına görə, ölənlərin əksəriyyəti Kiyevin Şevçenko rayonundadır, xarabalıqlar arasından 9 cəsəd tapılıb, 8 nəfər isə xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Zaporojyedə isə 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnın məlumatına görə, işğalçılar ötən gecə və bu gün səhər saatlarında Ukraynaya qarşı 158 hava hücumu silahından - müxtəlif növ raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə ediblər.

Onun sözlərinə görə, ukraynalılar rusların atdığı 27 pilotsuz uçan aparatı və 87 qanadlı raketi məhv ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər