16 
Yan
2024
23:49
276

Avropanın ən böyük kitabxanalarından unikal nəşrləri oğurlayan gürcülər saxlanılıb

Paris, Lion, Vilnüs və Varşava kitabxanalarından unikal nəşrləri oğurlayan gürcülər tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

KİV-in məlumatına görə, oğurluqlardan biri bir neçə gün əvvəl Cenevrə kitabxanasında baş verib, oradan Puşkinin və Lermontovun 19-cu əsrdə nəşr olunmuş 9 nadir kitabı oğurlanıb. Əvəzində işçilər orijinalın surətlərini yerində tapıblar. Təkcə bu halda kitabxanaya dəyən ziyan 650 min avronu keçir.

Saxlanılanlar arasında Latviya Milli Kitabxanasından 10 000 avro dəyərində olan kitabı oğurladıqlarına görə cinayət ortağı ilə birlikdə yaxalanan gürcü qadın və kişi də var. Saxlanılan şəxsin üzərində axtarış zamanı bir sıra Avropa ölkələrinin kitabxana kartları, Gürcüstan Yazıçılar Birliyinin sertifikatı və Gürcüstan pasportu aşkar edilib. Həmin qruplaşmanın Estoniyanın Tartu Universitetinin kitabxanasından Puşkin və Qoqolun əsərlərini oğurladığı iddia edilir.

KİV-in məlumatına görə, oğurlanmış digər kitablar da hazırda Rusiyanın zəngin kolleksiyaçılarının əlindədir. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, kitablar qara bazarda görünməmiş baha qiymətə satılır və beynəlxalq oğurluq şəbəkəsi Rusiyanın sifarişi ilə fəaliyyət göstərir.

Faktla bağlı istintaq hələ də davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər