Norveç Ukraynanın müdafiəsini gücləndirmək üçün 190 milyon ABŞ dolları ayırır
Norveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 2 milyard Norveç kronu (190 milyon ABŞ dolları) ayıracaq.
InterPress.ge xəbər verir ki,bu barədə Norveç hökuməti yanvarın 17 -də bəyanat yayıb.
Məlumatfa qeyd olunub ki, bu yaxınlarda elan edilmiş vəsait Aİ-nin ASAP döyüş layihələri üçün nəzərdə tutulan 1 milyard kron (95 milyon dollar) əlavədir.
Norveçin müdafiə naziri Byorn Arild Qramm deyib: “Müdafiə sənayesində imkanların gücləndirilməsi həm Ukrayna, həm də təhlükəsizliyimiz üçün vacibdir”.
190 milyon dollarlıq maliyyə vəsaitinin təxminən yarısının raket və sursat istehsal edən Fin-Norveç müdafiə şirkəti Nammo ilə xüsusi müqavilələrə getdiyi məlumdur.
Bundan əvvəl Ukrayna rəsmiləri tərəfdaşlarından mərmi tədarükünü sürətləndirməyi xahiş etmişdilər, çünki Avropa İttifaqının yaza qədər 1 milyon mərmi çatdırmaq planının son müddətini qaçıracağı gözlənilir.
Norveç hökumətinin yanvar ayında elan etdiyi kimi, 2023-cü ildə Ukraynaya hərbi yardım şəklində təxminən 1 milyard dollar ayrılıb.
Qeyd edək ki, Norveç Ukraynaya F-16 qırıcıları vəd edən azsaylı ölkələr sırasındadır. Onlar artıq ukraynalı pilotların hazırlanmasına dəstək olmaq üçün bir neçə təyyarə ayırıblar.


