24 
Yan
2024
14:22
508

Rusiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 74 nəfər həlak olub

Rusiyanın Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 74 nəfər həlak olub.

InterPress.ge xəbər verir ki, bu barədə Unian Telegram kanalları əsasında məlumat yayıb.

İlkin olaraq nəşr qəzaya uğrayan təyyarənin göyərtəsində 63 nəfərin olduğunu bildirmişdi.

Unian müxtəlif mənbələrə əsaslanaraq yazır ki, təyyarə çox güman ki, Kriv kəndi ərazisində qəzaya uğrayıb. Hadisə yerinə Rusiya xüsusi xidmət orqanları səfərbər olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə ukraynalı əsirlər olub.

“Украинская Правда” nəşrinin yazdığına görə, Ukrayna Baş Qərargahında bunun əksi deyilir. Onlar təyyarənin vurulmasını təsdiq edirlər, lakin izah edirlər ki, təyyarə rusların Xarkov vilayətini bombalamaq niyyətində olduğu S-300 raketlərini daşıyırdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər