06 
Fev
2024
19:00
269

Pis hava şəraiti Şida Kartlidə bir çox problemlər yaradıb- əhalinin bir hissəsi işıqsız qalıb

Bol yağıntı və pis hava Şida Kartlidə problemlər yaradıb.
 

InterPress.ge xəbər verir ki, kəskin hava şəraitindən xüsusilə Xaşuri bələdiyyəsi zərər çəkib.

Tiliana çayının daşması nəticəsində Xıdıkür kəndindəki elektrik stansiyası tamamilə su altında qalıb.Evlərin həyətlərini, əkin sahələrini su basıb. Qomi və Sativ kəndlərindəki torpaq sahələrinə su axıb.

Drenaj kanallarını dolduran Şölə çayının daşması ilə əlaqədar Xaşuri şəhərində də problemlər yaranıb. Sahədə ağır texnika işləyir, onun köməyi ilə suya əlavə yol verilir. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik xətləri  də sıradan çıxıb, Qori və Xaşurinin bəzi ərazilərinə, eləcə də rayonun 150-yə yaxın kəndinə elektrik enerjisi verilmir.

Həmçinin bir neçə məktəb və uşaq bağçasında elektrik enerjisi olmadığından tədris prosesini bərpa etmək mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər