İstanbulda Çağlayan məhkəməsi yaxınlığında atışma olub
İstanbulda Çağlayan məhkəməsi yaxınlığında atışma olub, nəticədə 3-ü polis olmaqla 6 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə media Türkiyənin daxili işlər naziri Əli Erlikayaya istinadən yazır.
Məlumata görə, hər iki hücumçu - bir kişi və bir qadın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Silahlı şəxslər məhkəmə binasının girişindəki mühafizə postuna hücum ediblər.
Erlikayanın sözlərinə görə, hücum edənlər İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi, DHKP-C-nin üzvləridir.
Qeyd edək ki, ultra solçu DHKP-C qruplaşması Türkiyə, ABŞ və Avropa İttifaqında terror təşkilatı kimi tanınır.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunc İstanbul Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.


