07 
Fev
2024
14:37
278

Xulo bələdiyyəsinə yağan güclü qar səbəbindən 13 dövlət məktəbində tədris prosesi dayandırılıb

Xulo bələdiyyəsinə yağan güclü qar səbəbindən 13 dövlət məktəbində tədris prosesi dayandırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Təhsil, Mədəniyyət və İdman Nazirliyi məlumat verib.

Məlumata görə, Şuaxevi bələdiyyəsinin 7 və Kedi bələdiyyəsinin 7 dövlət məktəbində tədris prosesi bərpa olunmayıb.

Qeyd edək ki, Kedi bələdiyyəsində ən ağır vəziyyət sürüşmə prosesinin inkişaf etdiyi Birinci May kəndi yaxınlığındakı mərkəzi yoldadır.

Hadisə yerinə yol idarəsinin əməkdaşları səfərbər olunub və eyni vaxtda bir neçə yerdə yol təmizləmə işləri aparılır.

Eyni zamanda, kənddaxili yolların təmizlənməsi işləri də davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər