10 
Fev
2024
17:09
438

Məhkəmə 30 yaşlı qadına qarşı cinsi zorakılıq edən şəxsi girov müqabilində azadlığa buraxıb

Kobuletidə məhkəmə 30 yaşlı qadına cinsi zorakılıq etdiyinə görə saxlanılan 80 yaşlı kişini girov müqabilində azadlığa buraxıb.

InterPress.ge xəbər verir ki, məhkəmə prosesi bu gün keçirilib.

 Şəhər Məhkəməsi Kobuletidə 30 yaşlı əlil qadınla cinsi əlaqədə olduğu üçün saxlanılan 80 yaşlı kişini 50 min lari girov müqabilində azadlığa buraxıb.

Məlumat üçün bildirək ki, Kobuletidə Daxili İşlər Nazirliyinin əməkdaşları 80 yaşlı kişini 30 yaşlı qadına cinsi zorakılıq etdiyinə görə saxlayıb.

Daxili İşlər nazirliyindən bildirilib ki, faktla bağlı “Cinayət Məcəlləsi”nin 138-ci maddəsi ilə cinsi xarakterli, zorakılıq, zorakılıq tətbiq etməklə hədələmə və ya zərərçəkmiş şəxsin köməksizliyindən istifadə etməklə törədilmiş hər hansı digər əməllərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib.

Bizimlə əlaqə saxlayın