Navalnının ölümünün rəsmi səbəbi kimi “qəfil ölüm sindromu” göstərilib – onun meyiti ailəsinə verilmir
Navalnının ölümünün rəsmi səbəbi "qəfil ölüm sindromu" olub, onun meyiti ailəsinə verilmir.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın müstəqil “Meduza” nəşri Aleksey Navalnının komanda yoldaşlarına əsaslanaraq yazıb.
O cümlədən, məlumatlara görə, Aleksey Navalnının qaldığı koloniyada onun cəsədinin Salekhard şəhərinin morquna aparıldığı açıqlanıb. Morqa gələn müxalifətçi siyasətçinin anası və vəkili morqun bağlı olduğunu görüblər.
Navalnının yaratdığı “Korrupsiyaya qarşı Mübarizə Fondu”nun direktoru İvan Jdanov bildirib ki, Navalnının anasına məlumat verilib ki, oğlunun koloniyada ölümünün rəsmi səbəbi “qəfil ölüm sindromu” dur.
Meduza qeyd edir ki, xəstəliklərin beynəlxalq təsnifatında belə bir diaqnoz yoxdur. Salekharddakı İstintaq Komitəsi qeyd edir ki, Navalnının ölüm faktı ilə bağlı istintaq davam edir və Navalnının vəkilinə hazırda ölüm səbəbinin müəyyən edilmədiyi bildirilib.
Eyni zamanda, Rusiyanın dövlət nəşri “Russia Today” ölüm səbəbi kimi qan laxtalanmasını göstərir.


