
İrakli Kobaxidze: “Ölkəmizə qarşı olan çox mehriban münasibət Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da dərinləşəcəyinə dair nikbinliyə əsas verir”
"NATO-Gürcüstan komissiyasının iclası çox işgüzar, mehriban şəraitdə keçdi"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldə jurnalistlərlə söhbəti zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstana qarşı çox mehriban əhval-ruhiyyə var.
“Ölkəmiz daxilində gedən siyasi proseslər, xarici siyasət baxımından arzularımız, Avropa İttifaqı, o cümlədən NATO-ya inteqrasiya prosesi ilə bağlı müxtəlif mövzularda söhbətimiz oldu. Bütün mövzulara toxunduq. Həmçinin regionumuzda, qlobal miqyasda, Avropa qitəsində təhlükəsizlik və s. Bütün mövzularda çox işgüzar, çox maraqlı söhbət oldu. Ölkəmizə qarşı çox mehriban əhval-ruhiyyə var və bu, Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da dərinləşəcəyinə dair nikbinliyə əsas verir”, - deyə İrakli Kobaxidze bildirib.