22 
Fev
2024
17:24
174

Baş nazir Çin səfiri ilə görüşüb

Baş nazir İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumətin mətbuat xidməti məlumat yayıb.

Qurum bildirir ki, görüşdə söhbətdə ötən il strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşən iki ölkənin yaxın dostluq münasibətlərinə, eləcə də əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.

Administrasiyanın məlumatına görə, Kobaxidze bir daha Gürcüstan hökumətinin vahid Çin prinsipinə güclü dəstəyini ifadə edib, tərəflər bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.

“Ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın intensivləşməsi yüksək qiymətləndirilib, strateji münasibətlər formatının sahə, iqtisadi və ticarət əlaqələrinin, xalqlararası əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid ifadə olunub.
Gürcüstan parlamenti ilə Çin Xalq Nümayəndələri Konqresi arasında əməkdaşlıq xüsusi vurğulanıb. Bildirilib ki, hər iki qanunverici orqanda parlament dostluq qrupları yaradılıb və bu, ölkələr arasında əlaqələri genişləndirir.
İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Vurğulanıb ki, Çin Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və 2023-cü ilin yanvar-noyabr aylarında Gürcüstanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard ABŞ dollarını ötüb.
Görüşdə, həmçinin Gürcüstanın Qərb-Şərq birləşdirən dəhliz kimi ölkənin potensialını artıran xüsusi geosiyasi yerləşməsinin inkişafı baxımından iki ölkənin uğurlu əməkdaşlığı vurğulanıb.
Baş nazir bir daha Gürcüstan hökumətinin vahid Çin prinsipinə güclü dəstəyini ifadə edib. Tərəflər bir daha bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər”, - bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın