23 
Fev
2024
23:09
290

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Rusiyanın Ukraynadakı müharibəsinin 2-ci ildönümü, habelə Aleksey Navalnının qeyri-müəyyən şəraitdə vəfat etməsi ilə əlaqədar ABŞ Rusiyaya qarşı 500 yeni sanksiya tətbiq edib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin məlumatına görə, sanksiyalar Navalnının həbsinə və Rusiya müharibəsi ilə əlaqəli olanlara, Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesinə, satınalma şəbəkələrinə və sanksiyalardan yayınmada ifşa olunanlara tətbiq edilir. 100-ə qədər şirkət və fiziki şəxsə ixrac məhdudiyyəti tətbiq olunacaq.

“İki il əvvəl o [Putin] Ukraynanı xəritədən silməyə çalışdı... Əgər Putin qətllərin və dağıntıların bədəlini ödəməsə, davam edəcək”, - rəsmi sənəddə deyilir.
ABŞ prezidenti Co Baydenin sözlərinə görə, yeni sanksiyalarla Putin ölkə hüdudlarından kənarda aqressiya və daxildə repressiyalara görə daha da yüksək qiymət ödəyəcək.

Xatırladırıq ki, bu gün, fevralın 23-də Avropa İttifaqı Rusiyaya qarşı 106 fiziki və 88 hüquqi şəxsin daxil olduğu 13-cü sanksiyalar paketini qəbul edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər