24 
Fev
2024
18:19
350

Ursula fon der Leyendən Volodimir Zelenskiyə:” Avropa nə qədər ehtiyac varsa, kömək edəcək“

 "Avropa nə qədər ehtiyac varsa, kömək edəcək"

InterPress.ge xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar Vladimir Zelenski və Qərb liderləri ilə birgə Hostomeldə keçirdiyi mətbuat konfransında bildirib.

 

"Biz Hostomel hava limanı uğrunda döyüşü tariximizin ən qaranlıq məqamı kimi deyil, Ukrayna və bütün Avropa üçün yeni eranın başlanğıcı kimi xatırlayacağıq", - Avropa Komissiyasının sədri bildirib.
U. Leyen qeyd edib ki, Hostomel hava limanı təkcə Ukraynanın müqavimətinin deyil, həm də sənayesinin və ixtirasının simvoludur.

“Biz Avropanın ehtiyac olduğu müddətcə kömək edəcəyini söyləmək üçün buradayıq. Maliyyə dəstəyi, daha çox döyüş sursatı, əsgərlər üçün daha çox təlim, daha çox hava hücumundan müdafiə texnikası və Avropa və Ukrayna müdafiə sənayesinə daha çox investisiya qoyulacaq. Ukrayna ilə bağlı öhdəliyimizi bir daha təsdiqləmək üçün bu hava limanından yaxşı yer yoxdur", - Avropa Komissiyasının sədri bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər