Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib
Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.
InterPress.ge xəbər verir ki, xarici medianın yazdığına görə, Macarıstan parlamenti bazar ertəsi İsveçin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini 6 əleyhinə 188 səslə təsdiqləyib.
Xatırladaq ki, Macarıstan Şimali Atlantika Alyansına üzv olan 31 ölkə arasında sonuncu olaraq İsveçin üzvlüyünü ratifikasiya edib.
Məlumat üçün bildirək ki, İsveç 2022-ci ilin yazında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Finlandiya ilə birlikdə NATO-ya üzvlük üçün müraciət etmişdi. Bundan əvvəl hər iki ölkə NATO ilə sıx əməkdaşlıq etsə də, onilliklər ərzində siyasi neytrallığını qoruyub saxlayıb.
Qeyd edək ki, Macarıstanın bu qərarı ilə İsveç alyansın 32-ci üzvü olacaq.


