28 
Fev
2024
16:06
611

Polşada qanunsuz olaraq taksi sürücüsü işləyən Gürcüstan vətəndaşı saxlanılıb

Polşada Gürcüstan vətəndaşı istintaq təcridxanasına salınıb.

InterPress.ge xəbər verir ki, istintaqın məlumatına görə, 31 yaşlı şəxsə qarşı Praqa-Polnok Rayon Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilən 400 cinayət dəlili toplanıb.

Həmin şəxs ötən il oktyabrın əvvəlində Varşavada, sərhəd mühafizə idarəsinin əməkdaşları onun ölkədə qanuni mövcudluğunu yoxlayan zaman saxlanılıb. Sərhədçilər müəyyən ediblər ki, Gürcüstan vətəndaşı Polşada qanunsuz, yaşayış icazəsi olmadan fəaliyyət göstərirmiş.

"Bundan başqa, həmin şəxs hər gün iki məşhur mobil proqram [taksi] vasitəsilə insanları daşıyıb. Polis əməkdaşları gürcü şəxsin telefonunda onun şəkli olan, lakin başqalarının şəxsi məlumatlarının əks olunduğu sürücülük vəsiqələrinin və pasportlarının fotolarını tapıblar", - istintaq bildirir. 

Həmin şəxs sənədləri həqiqi göstərmək üçün onları saxtalaşdırmaqda və saxta sənədlərdən istifadə etməyə hazırlaşmaqda ittiham olunub.

Cinayət Məcəlləsinə görə, oxşar əməllərə görə 3 aydan 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın