15 
Avq
2020
17:16
1284

Zaur Darğallı: "Marneuli məktəb tikintisi üzrə Gürcüstanda birincidir"

Marneuli bələdiyyəsində məktəb tikintisinin təqdimatı keçirildi.

InterPress.ge xəbər verir ki, Şulaver kəndində, yeni məktəbin tikinti ərazisində baş tutan tədbirə, yerli özünüidarəetmə rəsmiləri və təhsil sektoru nümayəndələri qatılıblar.

Marneuli meri qeyd edib ki, Marneuli Gürcüstan üzrə məktəb tikintisində birinci yeri tutub.

Hazırkı mərhələdə Munisipal İnkişaf Fondunun maliyyəsi ilə Marneulidə 8 yeni ictimai məktəb tikilir, 3-ün isə tam bərpası planlaşdırılır.

Munisipal İnkişaf Fondu ölkə daxilində 59 yeni məktəb inşa edir və 80-dən çox məktəbin əsaslı bərpasını həyata keçirir. Bütün layihələr yeni məktəb standartlarına cavab verir, burada sinif otaqları və laboratoriyalar, akt salonları, idman meydançaları, yeməkxanalar və digər obyektlər təşkil olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər