Uşağın 18 yaşına bir gün və ya qısa müddət qalıbsa o, 200 larini necə ala bilər? - AÇIQLAMA
Hökumətin qətnaməsi əsasında uşaqlar üçün nəzərdə tutulan birdəfəlik 200 lari yardımdan 18 yaşı tamam olmayan uşaqlar yararlana biləcəklər.
InterPress.ge məlumat verir ki, əgər 18 yaşına 1 gün qalmış uşaq qeydiyyatdan keçərsə o birdəfəlik 200 lari yardım paketindən istifadə edə bilər. Əks təqdirdə o, yardım ala bilməz. Məsələn əgər uşağın 18 yaşı noyabrın 30-da tamamlanırsa valideyn 29 noyabrda qeydiyyatdan keçməklə 200 lari yardım ala biləcək.
Bu qayda noyabrın 30-nadək qüvvədədir.
Saytda 1 dekabra qədər qeydiyyat davam edəcək.
Qeyd edək ki, 17 yaşadək (17 yaşda daxil olmaqla) uşaqların birdəfəlik 200 lari yardım paketini hökumət 14 avqust tarixində təsdiqləyib.
Elektron qeydiyyat 15 avqust tarixindən 1 dekabr tarixinədək davam edəcək.
Paket sosial təminata və ya reytinq balına təsir etmir, 0 yaşdan 17 yaşadək hər bir uşaq bu yardımdan yararlanacaq.


