16 
Avq
2020
12:36
1601

Poniçalada ağır yol qəzasında ölənlərin sayı dörd nəfərə çatdı

Kvemo Poniçalada baş verən avtomobil qəzasında ölənlərin sayı artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən İnterpressNews-a məlumat verilib.

Məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağrı xəsarət alıb və xəstəxanaya aparılıb. Bildirilir ki, ölənlər arasında iki azyaşlı da var.

“Avtomobil qəzası nəticəsində 4 nəfərin öldü, onalardan 2 nəfəri daha sonra xəstəxanada öldü. Ölənlər arasında iki nəfər yetkinlik yaşına çatmayan var" - deyə agentlik bildirib.

Məlumat üçün bildirək ki, avtomobil qəzası ötən gecə baş verib. Avtomobil piyadalarla toqquşub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iki və ya daha çox insanın ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsinə əsasən istintaq başladıldı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər