ABŞ Rusiya və Mərkəzi Afrika Respublikası şirkətlərinə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Vaqner”in və Afrikadakı digər yaraqlıların fəaliyyətini dəstəkləyən Rusiya və Mərkəzi Afrika Respublikası (CAR) şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
InterPress.ge xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Wood International Group SARLU kimi tanınan Mərkəzi Afrika şirkəti Bois Rouge SARLU-ya qarşı sanksiyalar tətbiq edib.
Adıçəkilən şirkət üsyançılardan ələ keçirilən ərazilərin hərbi mühafizəsi müqabilində tropik meşə ağaclarının sənaye satışından əldə etdiyi vəsaiti “Vaqner”ə ödəyir.
Sanksiyalar Sankt-Peterburqda yerləşən “Broker-Ekspert” şirkətinə də tətbiq edilib və bu şirkət uzun müddət Priqojinin bütün Afrika qitəsində təsis etdiyi şirkətlərin fəaliyyətindən gəlir əldə edib.


