12 
Mar
2024
11:55
197

KTMT-nin baş katibi: "Ermənistanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama almamışıq"

"Son vaxtlar İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinin işində iştirak etmir, lakin Ermənistanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama verilməyib".

InterPress.ge xəbər verir ki, bunu Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov deyib.

"Son vaxtlar İrəvan KTMT Katibliyinin işində həqiqətən də iştirak etmir. Bu, indiki mərhələdə Ermənistanın qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Buna baxmayaraq, təşkilatın fəaliyyəti tam şəkildə davam edir. Katiblik mütəmadi olaraq İrəvanın müvafiq strukturlarına qəbul edilmiş və qəbul ediləcək qərarlar barədə məlumat verir. Ermənistan Respublikası rəsmilərinin bəyanatlarına gəlincə, qeyd edirəm ki, Katibliyə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı rəsmi açıqlama daxil olmayıb", - deyə o söyləyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırdığını bildirib. Onun sözlərinə görə, 2021-2022-ci illərdə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi zamanı təşkilat Respublika qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər