Danimarka Ukraynaya 336,6 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq
Danimarka Ukraynaya 336,6 milyon dollar (2,3 milyard kron) dəyərində yeni hərbi yardım paketi ayıracaq.
InterPress.ge xəbər verir ki,bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Paketə SEZAR özüyeriyən artilleriya qurğularının və döyüş texnikasının Ukraynaya təhvil verilməsi daxildir.
Müdafiə naziri Troels Lund Poulse bildirib ki, bu yardım paketi ilə Danimarka Kiyevə və onun Avropalı müttəfiqlərinə lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam etmək iradəsi və bacarığına malik olduğunu göstərir. O, daha çox ölkənin bundan nümuna götürəcəyinə ümod etdiyini bildirib.
Qeyd edək ki, Danimarka Ukraynaya ən böyük hərbi yardım donorlarından biridir. Bu, Danimarkanın Ukraynaya 16-cı hərbi yardım paketidir.


