13 
Mar
2024
12:28
268

Co Bayden: Hərəkətə keçməliyik, çünki Putin Ukraynada dayanmayacaq

"Biz hərəkətə keçməliyik, çünki Putin Ukraynada dayanmayacaq”.

InterPress.ge xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə Polşanın baş naziri Donald Tusk və prezident Anjey Duda ilə görüşü zamanı bildirib.

“Biz gec olmadan hərəkətə keçməliyik, çünki Polşa xatırladığı kimi, Rusiya Ukraynada dayanmayacaq. Putin daha da irəli gedərək Avropanı, ABŞ-ı və bütün azad dünyanı təhlükəyə atacaq”, - deyə Co Bayden bildirib.

Co Bayden Polşanın baş naziri və prezidentinə bildirib ki, ABŞ-ın Polşaya dəstəyi Rusiya təhlükəsi qarşısında sarsılmazdır.

Polşa prezidenti Anjey Duda Co Baydenlə görüşündə NATO-nun müdafiə xərclərini ÜDM-in 3%-ə çatdırmağı müzakirə edib.

“Rusiyanın Ukraynaya qarşı təcavüzü açıq şəkildə göstərdi ki, ABŞ təhlükəsizlik məsələlərində lider olaraq qalmalıdır. Lakin digər müttəfiqlər alyansın təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdırlar”, - Duda bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər