Finlandiyanın baş naziri: “Rusiya Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır“
Rusiya Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır"
InterPress.ge xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo bildirib.
Onun sözlərinə görə, Rusiya Avropa üçün daimi və vacib hərbi təhlükədir.
Orpo Rusiyanın yenilməz olmadığına diqqət çəkib və Aİ dövlətlərini müdafiə xərclərini artırmağa çağırıb.
"Əgər biz vahid Avropa olaraq bu çağırışa müvafiq cavab verə bilməsək, o zaman qarşıdakı illər gözlənilən hücum təhlükələri ilə dolu olacaq", - Finlandiyanın baş naziri bildirib.
Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya mətbuatına verdiyi müsahibədə nüvə silahından istifadə etməklə hədələyib, Finlandiya və İsveçin NATO-ya qoşulmasını mənasız addım adlandırıb və Finlandiya sərhədində qoşun yerləşdirəcəyini bildirib.


